13
12
Regional turizm
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi səfərlərinin
həyata keçirilməsinin asanlaşdırılması məqsədilə ötən ilin sonundan fərdi minik
avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə, bu ilin aprelindən
etibarən isə Laçın şəhərinə səfər etmək mümkündür.
Həmçinin Şuşa və Suqovuşana xarici vətəndaşların da iştirak edə
biləcəkləri avtobus turlarının təşkili davam etməkdədir.
Dövlət Turizm Agentliyi ilə İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı nəticəsində turizm
sektorunda daşınmaz əmlak vergisinə olan güzəştin tətbiqinə başlanılıb. Belə ki, Bakı,
Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər
şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən
daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz
azaldılıb. Dəyişikliyin əsas məqsədi biznes üzərindəki sabit vergi xərclərini azaltmaqla
turizmin paytaxt və regionlarda tarazlı inkişafı, sektora investisiya qoyuluşlarının
artırılmasıdır.
daha ətraflı
Dövlət Turizm Agentliyi tərəfindən turizm potensialı olan kəndlərdə “Turistik kənd”
konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması tapşırığı çərçivəsində
İlisu, Sarıbaş, Laza kəndləri üzrə planlaşdırma işləri yekunlaşdırılıb, layihə-smeta
sənədi hazırlanıb. Sözügedən kəndlərdə infrastruktur üzrə abadlaşdırma, təmir işlərinin
müəyyənləşdirilməsi və tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
daha ətraflı
Vətəndaşlar səfər üçün icazəni
“Yolumuz Qarabağa”
portalı üzərindən əldə edə bilərlər.
Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Qarabağ və
Şərqi Zəngəzurun turizm imkanlarını nümayiş etdirmək və geniş kütləyə
tanıtmaq məqsədini daşıyan məlumatlandırıcı və maarifləndirici
“Real Vətən — Qarabağ” telelayihəsinin icrasına başlanılıb.
“REAL TV”-də yayımlanan “Real Vətən — Qarabağ” telelayihəsi
çərçivəsində ilk veriliş Şuşa şəhərinə həsr olunub.
13