11
10
Türkiyə, İsrail, Küveyt, Qətər,
Səudiyyə Ərəbistanından
olan turizm şirkətləri
üçün infoturlar təşkil
edilib. Özbəkistan və
Qazaxıstanda silsilə B2B
seminarlar, Hindistanın
Nyu-Dehli şəhərində və
İsrailin Təl-Əviv şəhərində
şəbəkələşmə tədbirləri,
Hindistanın Banqalor,
Puna, Kolkata və Mumbay
şəhərlərində, həmçinin
Küveytin Küveyt, Qətərin
Doha, BƏƏ-nin Dubay
şəhərlərində silsilə tədbirlər
(roadshow) təşkil edilib, B2B
formatlı görüşlər keçirilib.
İyunun 3-də Rumıniyanın
paytaxtı Buxarest şəhərində
Dövlət Turizm Agentliyi,
Azərbaycan Turizm Bürosu
və “Azərbaycan Hava Yolları”
(AZAL) QSC-nin təşkilatçılığı,
eləcə də Azərbaycanın
Rumıniyadakı səfirliyinin
dəstəyi ilə birbaşa uçuşların
başlanması ilə əlaqədar
təqdimat tədbiri keçirilib.
May ayından Azərbaycanın turizm
imkanlarını təbliğ etmək məqsədilə
“Azərbaycan Hava Yolları” (AZAL)
QSC ilə birgə start verilən kampani-
ya çərçivəsində AZAL-ın beynəlxalq
və daxili reyslərində müvafiq təy-
yarələrdə Azərbaycanı təbliğ edən
videoçarxlar nümayiş olunur. May
ayından etibarən həmçinin Rusiya-
nın Şeremetyevo Hava Limanında və
Türkiyənin İstanbul Hava Limanında
ölkəmizin turizm imkanlarını əks et-
dirən təbliğat videoçarxları nümayiş
etdirilir. Rusiyada “Aeroekspress”
qatarlarında, taksilərdə, Şeremet-
yevo Hava Limanının sütunlarında
təbliğat bannerləri, Moskva şəhəri-
nin mərkəzi küçələrində 11 ədəd çöl
reklamı yerləşdirilib.
daha ətraflı
XARİCİ BAZARLARLA İŞ VƏ SƏRGİLƏRDƏ İŞTİRAK
2024-cü ilin may-iyun aylarında
Azərbaycan Turizm Bürosu
tərəfindən “BBC”, “CNN”,
“Euronews” televiziya kanalları ilə
əməkdaşlığa başlanılıb.
Türkiyə, Cənubi Koreya,
Hindistan, Rusiya, Qazaxıstan və
Gürcüstandan olan 24 bloqçu və
influnser üçün tanışlıq səfərləri təşkil
edilib.
İsrailin “The Jerusalem Post”
qəzetinin, Böyük Britaniyanın
“The Great Outdoors” jurnalının
əməkdaşları üçün tanışlıq səfərləri
təşkil edilib.
daha ətraflı
İyunun 7-də Azərbaycan Turizm Bürosunun
təşkilatçılığı ilə Hindistanın Mumbay şəhərində
40-dan çox yerli media nümayəndəsinin
iştirakı ilə mətbuat konfransı təşkil edilib.
Yerləşdirilən 22 məqalənin ümumilikdə
85 milyon əhatə dairəsi olub.
XARİCİ BAZARLARLA İŞ VƏ SƏRGİLƏRDƏ İŞTİRAK
daha ətraflı
11
B2B