DTA Xəbər Bülleteni Yanvar-İyun 2024

Welcome to interactive presentation, created with Publuu. Enjoy the reading!

15

14

Mədəni irs

21-24 may tarixlərində “Atəşgah

məbədi” Dövlət Tarix-Memarlıq

Qoruğunda Azərbaycanda ilk dəfə

olaraq “Arxeoloji turizm və daya-

nıqlı idarəetmə” mövzusunda bey-

nəlxalq konfrans keçirilib.

AMEA-nın Arxeologiya və Antropo-

logiya İnstitutu ilə birgə tərəfdaşlıq

çərçivəsində təşkil olunan tədbirə

ABŞ, Böyük Britaniya, İtaliya, İsrail,

Almaniya, Türkiyə və digər ölkələr-

dən ekspertlər də daxil olmaqla

100-ə yaxın iştirakçı qatılıb.

daha ətraflı

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və

Təbiət Qoruğunun tərkibində olan Məmməd-

li kəndində yerləşən XVII-XVIII əsrlərə aid Əli

daşı türbəsinin Nazirlər Kabinetinin 26 fevral

2024-cü il tarixli 104 saylı qərarına əsasən

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədə-

niyyət abidələrinin siyahısı”na daxil edilməsi

ilə abidənin ətrafında qəbir daşlarının təmiz-

lənməsi və məlumat lövhələrinin quraşdırılması

üçün işlərə başlanılıb.

Dövlət Turizm Agentliyinin tabeliyində olan

“Kiş” Tarix-Memarlıq Qoruğunda yerləşən

Alban məbədində turistlər üçün Qafqaz

Albaniyası tarixinə aid “Azərbaycanda erkən

xristianlıq dövrü” mövzusunda yeni ekspo-

zisiya qurulub.

78%

xarici turistlərin sayı

ümumi turistlərin sayı52%

Qoruqlar üzrə ziyarətçi sayının artımı

(2023-2024)

Dövlət Turizm Agentliyinin tabeliyin-

dəki qoruqlara bu ilin ilk 6 ayı ərzində

305 367 nəfər ziyarət edib ki, bu da

ötən ilin eyni dövrü ilə müqayisədə

(201 138 nəfər) 52% artım deməkdir.

Onlardan 218 967 nəfəri xarici ziya-

rətçilər olub ki, bu da 2023-cü ildə

qoruqları ziyarət edən xarici turistlə-

rin sayı ilə (122 913 nəfər) müqayisədə

78% artım deməkdir.

xarici

turistlərin

sayı

ümumi

turistlərin

sayı

218 967

305 367

350 000

300 000

50 000

150 000

100 000

250 000

200 000

201 138

122 913

2023

2024

Qoruqları ziyarət edənlərin sayı

Ziyarətçilərin sayında dəyişiklik, faiz ilə

Made with Publuu - flipbook maker