DTA Xəbər Bülleteni Yanvar-İyun 2024

Welcome to interactive presentation, created with Publuu. Enjoy the reading!

COP29

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven-

siyasının Tərəflər Konfransının 29-cu sessiyasında

(COP29) ilk dəfə olaraq turizm mövzusu COP Te-

matik Gündəliyinə daxil edilib. Gündəliyə əsasən,

20 noyabr 2024-cü ildə urbanizasiya, nəqliyyat,

turizm mövzularında əhəmiyyətli tədbirlərin keçi-

rilməsi nəzərdə tutulur. Turizm mövzusunun COP

Tematik Gündəliyinə salınması COP tədbirləri

tarixində ilkdir və Azərbaycanın iqlim siyasətində

yaradacağı irs kimi tarixə düşəcəkdir.

COP29 Fəaliyyət Gündəliyinin 14 təşəbbüsündən

biri kimi Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti

üçün Qlobal Tərəfdaşlıq təşəbbüsü (GPECAT) elan

edilmişdir. Bu təşəbbüs ilə qlobal turizm siyasətinin

formalaşdırılmasında paradiqma dəyişikliyini inki-

şaf etdirməklə turizm vasitəsilə artan qlobal emis-

siya tendensiyasının azaldılması hədəflənir.

daha ətraflı

Mayın 23-də Azərbaycan COP29-a

ev sahibliyi çərçivəsində vahid

onlayn rezervasiya platformasını

təqdim edib.

platforma

Platformaya daxil olan hotellər keyfiyyət,

yerləşmə və tədbir üçün təşkil olunacaq

nəqliyyat xidmətləri əsasında seçilib.

COP29-a hazırlıq çərçivəsində Bakı və

Sumqayıt şəhərləri, eləcə də Abşeron

rayonu üzrə 300-ə yaxın yerləşmə va-

sitəsinin 2000-ə yaxın personalına xid-

mət keyfiyyətinin artırılması məqsədilə

peşə təlimləri keçirilir.

Agentlik tərəfindən 200 turizm bələd-

çisinə təlimlərin keçirilməsi və onların

sertifikatlaşdırılması, eləcə də tədbir

müddətində hotellərə dəstək olmaq

üçün 1000-ə yaxın turizm könüllüsünə

təlimlərin keçirilərək onların müvafiq

hotellərə təhkim olunması üzrə proseslər

davam edir.

daha ətraflı

Made with Publuu - flipbook maker